Azərbaycan tarixi və etnoqrafiyası

"Azərbaycan taixi və etnoqrafiyası" aylığı çərçivəsində məktəbimizdə tarix guşəsi yaradılmışdır. Guşədə maddi mədəniyyət nümunələri sərgilənmişdir. Azərbaycan xalqı minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir.Maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır. Azərbaycan ərazisinin əlverişli iqlim şəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. Azərbaycan xalqı minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olmuşdur.. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub,özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.