Nizami Gəncəvi - 875

26.12.2016-cı il tarixdə məktəbin kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkürü Nizami Gəncəvinin 875 illik yubileyi ilə əlaqədar. 5-ci"a" sinif şagirdlərinin iştirakı ilə "Kərpickəsən kişinin dastanı" əsərinin müzakirəsi keçirildi.Şagirdlərin ifasında səhnəcik göstərildi.Şairin əməyə,əməkçi insanlara hörmət və məhəbbətindən danışıldı.Bu hislərin şagirdlərə aşılanmasından söhbət açıldı.