"Son zəng" tədbiri keçirildi

"Qayıt uşaqlığım,qayıt bir anlıq.Yeriyib,yıxılıb gülmək istərəm,Səhərlər çiynimdə məktəb çantası,Sinif otağına girmək istərəm" İnsan ömrünün ən yaddaqalan və hər zaman xatırlanan anlarından biri də məktəb illəridir-qayğısız,şən məktəb illəri.Bu gün 14 iyun 2016-cı il tarixində on bir il bundan əvvəl titrək addımlarla məktəb astana sına qədəm qoyan şagirdlər məktəb illərinə əlvida deyir.Bu gün məktəb bayram libası geyinib,11-ci sinif şagirdlərinin son dərs günüdür.73 nəfər məzun yeni həyata vəsiqə alır. Məzunların buraxılışına həsr olunmuş "Son zəng"tədbirində Binəqədi rayonu Yeni Azərbaycan Partiyasının əməkdaşı Raul Şükürov da iştirak edirdi.O, çıxış edərək məzunları təbrik etdi,Binəqədi rayonu İcra başçısının təbrikini,xoş arzularını və tövsiyələrini məzunların diqqətinə çatdırdı.10 il bundan əvvəl məktəbi bitirən məzunlar çıxış edərək 11-ciləri təbrik etdilər,o xoşbəxt,qayğısız məktəb illərini yada saldılar,sevimli müəllimlərini xatırladılar.