"Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması" layihəsinin əməkdaşları 102№-li tam orta məktəbdə .

"Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması" layihəsi çərçivəsində "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin əməkdaşları 102 №-li tam orta məktəbin şagirdləri ilə görüşərək yaddaqalan tədbir keçirdilər."Adsız qəhrəman" filminin nümayişindən sonra şagirdlərimiz vətən haqqında şeirlər söylədilər, mahnı oxudular.Təşkilatın və layihənin rəhrəri Mətanət Əsgərqızı fərqlənən şagirdlərə bayraq hədiyyə etdi.