20 may 2016-cı il tarixində"Qarabağ həftəsi" layihəsi çərçivəsində Füzuli rayonuna həsr olunmuş tədbir keçirildi.

20 may 2016-cı il tarixində Binəqədi rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 3, 102 və 276 №-li tam orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Füzuli rayonuna həsr olunmuş təqdimat keçirildi. Təqdimatda münsiflər heyətinin üzvləri : YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova,26№-li Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, mədəniyyət işçisi Zivər Abbasova, YAP Binəqədi rayon təşkilatının əməkdaşları Kubra Əliyarlı, Rahil Şükürov, 3 saylı orta məktəbin direktoru Natəvan Əsədova, 102 saylı məktəbin direktoru Mailə İsmayılova, 276 saylı orta məktəbin direktoru Bəhram Şiriyev, məktəblərin müəllim, şagird kollektivi iştirak etdilər. Təqdimat Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra hər üç məktəbin istedadlı şagirdlərinin ifasında erməni işğalı altında olan Füzuli rayonunun tarixi,coğrafiyası,milli adət-ənənələri,musiqisi, milli geyim nümunələri və s. barədə məlumatlar təqdim olundu.