" Yaşıl dağ " aksiyası keçirildi

12 may 2016-cı il tarixində "hər kağızı bir yarpağa dəyişək"devizi altında keçirilən "Yaşıl dağ " aksiyasında Binəqədi rayonu 102 №-li tam orta məktəbin şagirdləri də fəal iştirak edərək 240 kq kağız tullantısı toplayaraq təhvil verdilər."İDEA" İçtimai Birliyinin təşəbbüsü, ASAN Könüllüləri Təşkilatının dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində növbəti "Yaşıl dağ" sosial aksiyasının keçirilməsində məqsəd ekoloji maarifləndirməyə diqqəti artırmaq ,kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına,təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi