Onlayn dərslər davam edir

Məktəbimizin müəllimləri pedaqoji fəaliyyətlərinə ev şəraitində davam edirlər. Onlayn dərslər keçərək şagirdlərlə canlı əlaqə yaradırlar.

Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, rus dili, informatika, ingilis dili müəllimləri,eləcə də ibtidai sinif müəllimləri xüsusi fəallıqları ilə seçilirlər. Şagirdlər bu dərslərə həvəslə qatılırlar.

Onlayn dərslərin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkili, onların dərsə olan marağının artırılması, bilik və bacarıqlarının möhkəmləndirilməsindən ibarətdir.

Dərs zamanı şagirdlərə yeni mövzular izah olunur, ev tapşırıqları verilir, testlər aparılır və nəticə müəllimlər tərəfindən yoxlanılır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi