Valideyn iclasları keçirilib

24.02.2020-ci il tarixdə məktəbdə valideyn iclasları keçirilib. İclaslarda məktəb rəhbərliyi, sinif rəhbərləri, fənn müəllimləri iştirak ediblər.

İclasların keçirilməsində məqsəd I yarımildə şagirdlərin əldə etdikləri təlim nəticələri barədə valideynlərin məlumatlandırılması, müəllim-şagird-valideyn münasibətlərinin möhkəmləndirilməsidir.

İclaslarda şagirdlərin I yarımildə əldə etdikləri təlim nəticələri, dərsə davamiyyəti, davranışları, məktəbdaxili nizam- intizam qaydalarına riayətetmə vəziyyəti barədə danışılıb. Uşaqlar üzərində valideyn nəzarətinin və məsuliyyətinin artırılması və bu istiqamətlərdə valideynlərə kömək göstərilməsi haqqında söhbətlər aparılıb.

Eyni zamanda şagirdlərin təlim naliyyətləri, məktəbli formasının vəziyyəti, məktəbli kitabçasına nəzarət barədə də valideynlərə məlumat verilib və müzakirələr aparılıb.

İclaslarda valideynləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi