Təbiəti plastik tullantılardan təmizləyək

Məktəb üzrə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” nın icrası istiqamətində həyata keçiriləcək fəaliyyətlər müəyyənləşdirilib.

24 yanvar 2020-ci il tarixdə “Təbiəti plastik tullantılardan təmizləyək” mövzusunda plastik qablaşdırma tullantılarının ekoloji tarazlığı pozması ilə əlaqədar  şagirdlər arasında maarifləndirici söhbətlər aparılıb. Biologiya müəllimləri tərəfindən təlimlər və dərslər keçirilib.

Şagirdlər dərslərdə plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə təqdimatlarla çıxış ediblər. Tullantı plastik qablardan hazırladıqları əşyaları nümayiş etdiriblər. Şagirdlərin əl işləri sərgilənib.

Məqsəd şagirdlərin plastik tullantılarla bağlı məlumatlılıq səviyyəsinin artırılması, bu tullantıların ətraf mühitə mənfi təsiri, belə təsirin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici təbliğatın genişləndirilməsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi