Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.

Nəticələrə əsasən bütün fənlər və siniflər üzrə 40% və yuxarı (fizika fənni 10-cu siniflər üçün isə 30% və yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ əldə ediblər.

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adları açıqlanıb.

Məktəbimizin IX ”a” sinif şagirdləri Əsədova Fidan (Azərbaycan dili), Ağazadə İbrahim (riyaziyyat), XI ”q” sinif şagirdi Əliyeva Firəngiz (kimya), X “a” sinif şagirdi Qurbanov Ranal (biologiya)   olimpiadanın yarımfinal turunda iştirak etmək şansı qazanıblar.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi