Şərəf və qeyrət tariximiz

Məktəbin Fəaliyyət planına və 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbirlər planına əsasən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Şagirdlər arasında inşa-yazı, rəsm, seir müsabiqəsi keçirilib, təqdimatlar hazırlanıb, divar qəzetləri buraxılıb, xüsusi dərslər verilib. Keçirilən tədbirlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslərdə 30 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışılıb, 20 Yanvar hadisəsi milli tariximizin şanlı qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirilib. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulanıb.

Görülən işlər hər bir şagirdin tariximizi yaxşı bilməsinə, milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi