Biz o günləri heç unutmadıq ki

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlərin ifasında iyirmi yanvar hadisələrini əks etdirən səhnəciklər göstərilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru M.H.İsmayilova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından, 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışaraq şagirdləri xalqımızın şərəf və rəşadət salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi