Fənn olimpiadalarının rayon turu keçirilib

Respublika fənn olimpiadalarının şəhər mərhələsində məktəbimizin 24 nəfər şagirdi iştirak edib.

Olimpiadaların şəhər mərhələsi yanvarın 12-də Binəqədi rayonu üzrə 276 nömrəli tam orta məktəbdə keçirilib.

IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub.

Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb. Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi