“Heydər Əliyev və Azərbaycan tarixi” kitabının təqdimat mərasimi keçirilb

2019-cu ilin əvvəlində Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilərin referat müsabiqəsi keçirilib.

Müsabiqədə iştirak etmiş məktəbimizin X sinif şagirdi Surə Əmənzadənin tarix müəllimi Samirə İsgəndərovanın rəhbərliyi ilə hazırladığı “Qazan xanın islahatları” mövzusunda yazı işi kitaba daxil edilmək üçün seçilib.

Dekabr ayında məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət hazırlanmış “Heydər Əliyev və Azərbaycan tarixi” kitabının təqdimat mərasimi təşkil olunub.

Təqdimat mərasimində çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.

Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən İdarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında ulu öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi