Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dekabrın 27 – də məktəbimizdə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Şagirdlərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş və ətraflı məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və dünyanın müxtəlif ölkələrində geniş qeyd olunduğu vurğulanıb.

Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından əhəmiyyətli rol oynadığı şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirdə şagirdlərin ifasında vətən, birlik, həmrəylik haqqında şeirlər səslənib, mahnılar oxunub və rəqslər ifa olunub. Müxtəlif dillərdə yeni il təbrikləri səslənib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi