Təmsillər aləminə səyahət

Dekabrın 20-də kitabxana müdiri Mina Məmmədovanın təşkilatçılığı ilə məktəbimizin ibtidai sinif müəllimi, əməkdar müəllim Səmagül Əliyevanın yazdığı təmsillər əsasında IV ”a” sinif şagirdlərinin hazırladıqları səhnəciklər nümayiş etdirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, məktəbin kitabxanaçıları və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, bədii qiraətə həvəsin artırılması, müəllim-şagird-valideyn əməkdaşlığının inkişaf etdirilməsi, şagirdlərə doğruluq, düzgünlük, təvazökarlıq, ədalətlilik prinsiplərinin aşılanmasıdır.

Şagirdlər ifa etdikləri rollara uyğun olaraq bilik və bacarıqlarını məharətlə göstərə biliblər.

Onların çıxışları alqışlarla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi