Badminton üzrə II yerin qalibiyik

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı-2019” idman proqramı həyata keçirilir.
Məktəbimizin komandası ’“Olimpiya Hərəkatı - 2019” (Olympic Moves - 2019) proqramı çərçivəsində təşkil edilən badminton yarışlarına qoşulub.
Yarışların rayon mərhələsində komandamız uğurla çıxış edib. Komanda üzvləri birincilik uğrunda səylə mübarizə aparıblar. Rəqiblərini məğlub edən komandamız II yerə çıxıb.
Komanda üzvləri təşkilatçı qurumların diplomları ilə mükafatlandırılıb.