Ulu öndərin əziz xatirəsi yad edilib

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “H.Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir zamanı ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyatı, fəaliyyəti barədə geniş və ətraflı məlumat verilib. Ulu öndərin diqqət və qayğısı sayəsində elm və təhsil sahəsində aparılan islahatlardan, əldə olunan nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və vətən qarşısındakı əvəzsiz xidmətləri, gənc nəslə örnək olan mənalı ömür yolu, Azərbaycanın müstəqilliyi uğrunda apardığı məqsədyönlü fəailiyyəti bu gün xalqımız tərəfindən minnətdarlıq hissi ilə anılır.

Ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Heydər Əliyev fenomeninin Azərbaycan xalqının qəlbində daim yaşayacağı diqqətə çatdırılıb.

Şagirdlər ulu öndərin fəaliyyəti haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər, dahi şəxsiyyətə həsr olunan şeirlər söyləyiblər, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin ibtidai sinif müəllimi Dilşad Şeyxzadənin ulu öndərə həsr etdiyi şeiri dinlənilib və həmin şeirə bəstələdiyi mahnı ifa edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi