Texnologiya fənnindən açıq dərs keçirilib

Dekabrın 11-də məktəbin Fəaliyyət planına uyğun olaraq texnologiya fənni üzrə nümunəvi dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.

Dərsin keçilməsində məqsəd şagirdlərdə estetik zövqü formalaşdırmaq, fənn üzrə xüsusi qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, keçilən mövzu üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsini artırmaqdır.     

Tədris prosesi müasir təlim, metod və texnologiyaları əsasında qurulub. Dərsdə müəllimin peşəkarlığı və şagirdlərin fəallığı müşahidə olunub.

Şagirdlər yeni bacarıqlara yiyələndiklərini əyani surətdə nümayiş etdiriblər. Növbənöv salatlar hazırlayıblar, şirniyyatların bişirilmə texnikasını öyrəniblər. Dərsin sonunda öyrəndiklərini tətbiq edərək müəllimin köməyi ilə süfrə açıblar və bacarıqlarını göstəriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi