Valideynlərlə görüş keçirilib

Dekabrın 10-da məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə valideynlər məktəb mühiti ilə tanış olaraq məktəbin fəaliyyətini, təlim-tərbiyə prosesini yaxından izləyiblər. Məktəb rəhbərliyi ilə birlikdə dərslərdə iştirak ediblər. Övladlarının təlim fəaliyyətlərini müşahidə ediblər.
Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəylər, təkliflər dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Valideynin məktəbdə bir günü” layihəsinin əsas məqsədi valideynləri övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanış etmək, tədris prosesinin təşkili ilə bağlı onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək, müəllim-şagird-valideyn əməkdaşlığını daha da möhkəmləndirməkdir.