Milli qəhrəman Çingiz Qurbanovun xatirəsi yad edildi

        26 noyabr 2019-cu il tarixində məktəbdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Salman oğlu Qurbanovun anım günü keçirildi. Tədbirdə iştirak edənlər 6”Ç” sinfinin ifasında şəhidimizə həsr edilmiş şeirlər dinlədilər, video sujeti izlədilər. Şagirdlər ürəkləri riqqətə gətirən “şəhidlərin qisası alınacaq!” şüarına cavb olaraq “And içirik”mahnısını böyük coşqu ilə ifa etdilər. İstər söylənilən şeirlər, istərsə də oxunan mahnılar şagirdlərimizni milli ruhda  böyüməsinə, onlara vətənpərvərlik ruhunun aşılanmasına yönəldilmişdi. Tədbirin sonunda ifa olunan “Cavab ver mənə, cənab leytenant” mahnısı tədbirin ümumi məzmununun leytmotivi kimi səsləndi. 6“Ç” sinfinin rəhbəri Nailə bayramova bildirdiki, onun şagirdləri Milli Qəhrəmanın adını layiqincə daşıyacaq, onun əziz xatirəsini həmişə uca tutacaqdır. Sinələrini düşmən gülləsinə sipər edən, vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi