Məzunlara fərqlənmə attestatı verilib.

Məzunlara fərqlənmə attestatı verilib.
23 iyun 2025-ci il tarixində 2024-2025-ci tədris ilinin məzunlarına "Tam orta təhsil haqqında" fərqlənmə attestatları təqdim olunub. Bu il məktəbi bitirən 126 şagirddən 9 nəfəri fərqlənmə attestatına layiq görülüb. Qeyd edək ki, bu 9 nəfərdən 5-i qəbul imtahanının I mərhələsində uğurla iştirak edərək, ümumilikdə 600-dən yuxarı bal toplayıblar.
Məktəbin direktoru Şəfayət Orucova səmimi bir ortamda, çay süfrəsi arxasında məzunları və onların valideynlərini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda xatirə şəkilləri çəkilib.