Son zəng tədbiri keçirilib.

Son zəng tədbiri keçirilib.
14 iyun 2025-ci il tarixində 10 nömrəli tam orta məktəbdə Son zəng tədbiri təşkil olunub. Tədbirdə məktəb rəhbərliyi, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.
Yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfayət Orucova öz çıxışında məzunları təbrik edib, onlara uğurlar arzulayıb, qazanılan nailiyyətlərdən danışıb. Digər qonaqların da çıxışlarından sonra tədbir məzunların maraqlı çıxışları ilə davam etdirilib.
Sonda 2024-2025-ci tədris ilinin məzunları üçün sonuncu zəng çalınıb.
Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun!