Məktəbin şagirdləri “Ölkəmizi tanıyaq” aksiyasında iştirak etdilər
Məktəbin 9”A” sinif şagirdləri Abbasov Kənan və Atakişiyeva Ayla “Ölkəmizi tanıyaq” aksiyasında iştirak ediblər.Məktəb bu aksiyada hər il olduğu kimi bu ildə uğurla iştirak edib.Aksiyada Nizami Rayon İcra başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək şagirdlərə xalqımızın milli-mənəvi dəyərlərini qorumağı və əsl vətəndaş kimi böyüməyi tövsiyə etdilər. Daha sonra musiqi sədaları altında şagirdlər onlar üçün ayrılmış avtobusla Gəncə-Göygöl istiqamətinə yola salındı.