OCEP 2019 layihəsi çərçivəsində tədbir keçirildi
29 aprel tarixində məktəbdə OCEP 2019 layihəsi çərçivəsində tədbir keçirildi. 23 aprel Türkiyə dövlətində Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur. Bunu nəzərə alaraq tədbir “23 Nissan” başlığı altında keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin əməkdaşları Mehman Kərimov, Səkinə Vəliyeva, Günay Salamova, Türkiyə Səfirliyinin nümayəndəsi İrfan Çiftçi, Bakı Baş Təhsil idarəsinin nümayəndəsi Orxan Bəhramov və Nizami rayon İcra hakimiyyətinin nümayəndəsi Əli Axundov qonaq oldular. Tədbir hər iki dövlətin himninin səslənməsi ilə başlandı. Məktəbin direktoru Leyla Məmmədova çıxış edərək tədbiri açıq elan etdi. Tədbir bədii hissə ilə davam etdi. Tədbirin sonunda qonaqlarımız öz ürək sözlərini dedilər və bu tədbirin çox gözəl təşkil olunduğunu vurğuladılar. Uşaqlara təşəkkürlərini bildirdilər. Daha sonra qonaqlar Azərbaycan və Türk mətbəxinin sintezi olan guşəyə dəvət edildi. Sonra hamı ilə birlikdə xatirə fotosu çəkildi.