Şagirdlərimiz təltif olunublar.

Şagirdlərimiz təltif olunublar.
Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm və inşa müsabiqələri keçirib.
Rəsm müsabiqəsində məktəbimizin X "a" sinif şagirdi Babayev Nemət III yerə layiq görülərək Diplom, medal və hədiyyə ilə təltif olunub.
İnşa müsabiqəsində isə X "a" sinif şagirdi Quliyeva Aysu fəal iştirakına görə Diplomla təltif olunub.
Hər iki şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!