Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Məktəbin tarix müəllimi Fəridə Baxşəliyeva VIII "a" sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edib. Fəridə müəllim ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlər, ölkənin rifahi naminə gördüyü misilsiz işlər barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Heydər Əliyevin adı ilə bağlıdır.