Tarix fənnindən açıq dərs keçirildi

17 aprel tarix müəllimi Nailə Kərimova 7”d” sinfində açıq dərs keçirtdi. Dərs dövlət himni ilə başladı. Açıq dərsdə Azərbaycanın tarixi haqqında məlumat verildi. Şagirdlər görkəmli şəxsiyyətlərdən, musiqiçilərimizdən, bəstəkarlarımızdan, yazıçı və şairlərdən məlumat verdilər, tarixi abidələrdən bəhs etdilər. Qarabağın rəmzi sayılan xarı-bülbüldən danışdılar. Qafarova Elvina Xarı-bülbülün rəsmini çəkmişdi. Azərbaycan şairi Nəsimi haqqında məlumat verildi. Məhərrəmova Fatimə Nəsiminin rəsmini çəkmişdi. Şagirdlər Nəsiminin qəzəllərindən oxudular. Nəsimi haqqında qısa olaraq video çarx izləndi və  Nəsimi rolunu aparan aktyorumuz Rasim Balayevdən bəhs edildi. Daha sonra Nəsrəddin Tusi haqqında məlumat verildi.

 Nailə Kərimova Azərbaycan ərazisində yaranan dövlətlər haqqında məlumat verdi. Eldənizlər dövlətinin əsasını qoyan Şəmsəddin Eldəniz, Ağqoyunlu dövlətinin əsasını qoyan Uzun Həsən, Səfəvilər dövlətinin əsasını qoyan Şah İsmayıl Xətai, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyan Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xosyski və Azərbaycan Demokratik Respublikasının əsasını qoyan Heydər Əliyev və onun davamçısı İlham Əliyevdən uzun söhbət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi