OCEP 2019 Layihəsi çərçivəsində Azərbaycan Türkiyə dostluğu
6 aprel məktəbdə OCEP 2019 Layihəsi ilə əlaqədar “Gələcək çempionlar sıramızdadır” hərəkatı çərçivəsində məktəbdaxili və məktəbarası idman yarışı təşkil olundu. Yarışda məktəbin direktoru Leyla Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Səmədova, idman müəllimi Məmmədxanlı Teyyub və başqa idman müəllimləri, şagirdlər və məktəbin valideynləri iştirak etdilər. Tədbir Azərbaycan himni ilə başladı. İdmançılar tatamidə isinmə hərəkətləri göstərdilər. Daha sonra Leyla müəllimə uşaqları idman yarışlarında fəal iştirakına görə diplomla təltif etdi.İdmançılar arasında dostluq yarışı keçirildi.