XOCALISIZ 24 İL
10 saylı tam orta məktbdə "Xocalı Soyqırımı"nın 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leylaxanım Məmmədova Xocalı faciəsi haqqında ətraflı məlumat verərək Azərbaycanın tarixində ən qanlı hadisələrdən biri olan bu bəşəri cinayətin ağır nəticələrindən danışdı, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldığını diqqətə çatdırdı.Çıxışdan sonra Xocalı soyqırımına aid video göruntülər istirakçılara teqdim olundu.