“Xocalı soyqırımı” qan yaddaşımız
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini zəbt etdilər. Burada qətliam törətdilər.613 nəfər həlak oldu. 8 ailə tamamilə məhv edildi. 25 nəfər hər iki valideynini itirdi.
Artıq 27 ildir ki, “Xocalı soyqırımı” azərbaycanlıların qan yaddaşı olaraq qalıb. Bizim məktəbdə də hər il olduğu kimi, bu ildə məktəbin Akt zalında tədbir keçirildi. Tədbir azərbaycan dili müəllimi Qurbanova Rəfiqə tərəfindən təşkil olunmuşdur.
Aparıcılar tədbirdə həmin gecə haqqında məlumat verdilər. Sonra uşaqlar Xocalıya, orada vəfat edən insanlara şeirlər səsləndirdilər. “Xocalı soyqırımı”nı yad edən video çarx izləndi. Sonda 8-ci sinif şagirdi Sübhan Hüseynli Qarabağ haqqında mahnı ifa etdi. Tədbirin sonunda direktorumuz Leyla Məmmədova və tarix müəllimi Elnurə Paşayeva soyqırım haqqında öz sözlərini dilə gətirdilər.