BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Dünyada hər bir dövlətin öz dili var.Dil hər bir dövlətin maddi və mənəvi irsini qoruyan,inkişaf etdirən ən mühüm vasitədir.Bunun üçün Yuneskonun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransın 30-su sessiyasında təsis edilib ki, 21 fevral Beynəlxalq Ana dili gündür.Bu münasibətlə də Nizami rayonu 10 №i li tam orta məktəbin 8”a”sinfində Beynəlxalq Ana dili günü adı tədbir keçirildi.Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhimli Fəxrəddin,tərbiyə işləri üzrə direktor müavini Səmədova Nailə,Azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəyeva Rəfiqə ,tarix müəllimi Paşayeva Elnurə və uşaq birliyi rəhbəri Xəlilova Ellada iştirak edirdi.Çıxışı giriş sözü ilə açan sinif rəhbəri , həm də həmin sinfin Azərbaycan dili və ədəbiyyat müəllimi olan İbrahimova Mehparə Azərbaycanın ana dili olan Azərbaycan dilinin zənginliyi ,səlisliyi,gozəlliyi haqqında geniş məlumat verdi. Daha sonra çıxış edən ki, direktor müavini Səmədova Nailə bildirdi ki ,Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir: “Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür”.Sonra şagirdlər hazirladiqları əlavə vəsaitlərdə dahilərdən gözəl kəlamlar səsləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi