Məktəbimizlə “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin əməkdaşlığı
Dekabrın 18-də məktəbimizdə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Peşə Təhsili Sərgi-Seminarı” təşkil olunub. Sərgi-seminarda Mərkəzin ”Əl-elektrik qaynaqçısı” “Dərzi” ixtisasları üzrə əl işləri, satış məhsulları, həmçinin “İnnova” tədris mərkəzinin tələbələri tərəfindən “sənaye elektronikası, məişət elektronikası”cihazlarının, mikroelektronika avadanlıqlarının sazlanması nümayiş etdirilib. Tədbirin seminar hissəsində sahibkarların, özəl sektorlardan dəvət olunan işəgötürənlərin, AzTu-nun, Təhsil institutunun, Almanyanın “Giz” “Grohe”,təşkilatlarının, media nümayəndələrinin, orta məktəb direktorlarının peşəyönümü çıxışları yer alıb. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Leyla Məmmədova qonaqları salamlayıb və peşəyə meyilli uşaqlarla peşəyönümü işin aparılmasının, orta məktəbin aşağı siniflərindən başlanmasını düzgün hesab etdiyini vurğulayıb. Leyla xanım əməkdaşlığı məqsədəuyğun hesab edərək, tədrisyönümü zəif olan şagirdlərin düzgün peşə seçiminə yönləndirilməsini təqdirə layiq görüb. Tədbirdə tanınan təhsil experti Kamran Əsədov, Almanyanın Giz təşkilatının əməkdaşı Günel Məmmədova, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı İsa Hüseynov, Rabitə və İnformasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov, Təhsil institutunun əməkdaşı beynəlxalq təlimçi Leyla Vahabova iştirak ediblər. Tədbirin sonunda məktəbimizin şagirdlərinə mərkəzdə tədris olunan ixtisaslarla bağlı informasiya bukletləri paylanılıb.