Ulu öndər hər zaman qəlbimizdədir

Bu gün məktəbimizin foyesində xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin anım günü  keçirildi.

Tədbirdə 2a sinif müəllimi Səfərova Yasəmən çıxış ederək müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat fəaliyyətindən, şəxsiyyətinin gücündən, ağıl və fərasətindən söhbət açdı. Dövlətimizin, xalqımızın həyatında bu insanın əvəzedilməz rola malik olduğunu qeyd etdi. Şagirdlərin ifasında azərbaycanlı olduğu ilə fəxr edən müdrik Heydər Ataya həsr olunmuş şeirlər səsləndi, mahnılar oxundu.

Dərs arası tənəffüs zamanı əvəzolunmaz şəxsiyyəti vəsf edən musiqi nömrələri bir-birini əvəz etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi