METALLARIN KORROZİSİYASI
Kimya fənni üzrə təcrübə dərsi keçirildi. Təcrübəni məktəbimizin kimya müəllimi Abışova Xalidə 9a sinif şagirdləri ilə birgə təşkil etmişdi. Dərsin mövzusu metalların korrozisiyası idi. Şagirdlər kimyəvi məhlullar üzərində təcrübə apararaq, metalların aşınma prosesini izlədilər. Korroziyanı sürətləndirən bir sıra amillərdən- məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığının çox olması, temperaturun artması, metalda qarışıqların çox olması faktlarından istifadə edərək təcrübə aparıldı. Təcrübə prosesində şagirdlər maraqlı hallarla qarşılaşdılar.
Mövzunu praktik şəkildə keçmək dərsi mənimsəmə baxımından şagirdlər üçün olduqca faydalı oldu.