Zərərli vərdişlərə yox deyək
Məktəbin Akt zalında “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Nailə Səmədova açdı. O, çıxışında siqaret çəkməyin şagirdlərin sağlamlığına böyük ziyan vurması və onun yaratdığı sonrakı fəsadların daha ağır ola biləcəyi, zərərli vərdişlərə yiyələnməyə gətirib çıxara biləcəyi haqda danışdı. Məktəbin psixoloqu Əliyeva Kifayet; tütün məmulatlarının istifadəsi yaddaşın zəifləməsinə, asılıq yaratmasından danışdı. Həm də Kifayət Əliyeva qeyd etdi ki, tütün məmulatları diqqəti cəmləməyə imkan vermir. Tibb bacısı çıxışında qeyd etdi ki, erkən yaşlarında tütün məmulatlarından istifadə edilməsi ciyərlərin, ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir edir. Məmmədova Gülarə, biologiya müəllimi; oğlanların yetkinlik çağı, cinsi yetkinlik dövrü olduğunu qeyd etdi. Bu dövrdə onların hər hansı zərərli vərdişə yiyələnməsi gələcək inkişaflarına zərbə vura bilər. Bütün bunları nəzərə alaraq həm valideynlər, həm də müəllimlər uşaqları nəzarətdə saxlamalıdırlar.