02 FEVRAL "GƏNCLƏR GÜNÜ"NƏ HƏSR OLUNMUŞ İNTELLEKTUAL OYUN
02 fevral 2016-cı il tarixdə 220 saylı məktəb-liseydə Nizami rayon məktəbliləri arasında 02 fevral "Gənclər Günü"nə həsr olunmuş "Breyn - Rinq" intellektual oyunu keçirilmişdir. İntellektual oyunda tərkiblərində 168 nəfər iştirakçı olmaqla 21 tam orta məktəbin komandası iştirak etmişlər.Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual oyunun sonunda qalib komandalar aşağıdakı qayda ilə müəyyən olunmuşdurlar :I yer - 10 saylı tam orta məktəbin komandası,II yer - 201 saylı tam orta məktəbin komandası,III yer - "Zəngi" liseyinin komandası.Qalib komandalar Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdurlar.