Bayrağımız qürurumuzdur
Tədbirdə ilk öncə Azərbaycanın dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Leyla Məmmədova açaraq tədbir iştirakçılarını salamlayıb bu əlamətdar günün önəmindən geniş məruzə ilə çıxış edərək bildirib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib, şagirdlər bayrama həsr etdikləri musiqi kompozisiyaları ilə çıxış edib, nəğmələr oxuyub və rəqs etdilər, şeir səsləndirildi.
Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbir üçrəngli bayrağımızın zala gətirilməsi və “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşdı.