Multikulturalizm sözdə və əməldə
Nizami rayonu 10 saylı orta məktəbdə multikulturalizm mövzusunda dəyirmi masa keçirilmişdir.Çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehnarə İbrahimova ,Nailə Səmədova, Ülkər Haciyeva bildirmişlər ki, multikulturalizm müxtəlif istiqamətlərdə düşünə bilən insanların bir-birinin yanında rahat, asudə şəkildə yaşamalarının təminatı deməkdir. Bütün bu sadalananların əsasında həm vətəndaş cəmiyyətinin, həm də dövlətin böyük bir məsuliyyəti durur.Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamı yüksək dəyərləndirən tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycan multikulturalizmi yeni bir elm, intellektual, yaradıcı sahədir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, dilini, mənəviyyatını, tarixini, bu gününü və gələcəyini özündə əks etdirir. Onun inkişaf perspektivləri də göz qabağındadır.Vurğulanıb ki, bu gün bir çox ölkələr multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyirlər. Azərbaycan multikulturalizmi isə dünya üçün nümunəvi bir modeldir. İndiyə qədər Avropa, Kanada, Avstraliya multikulturalizmi modelləri mövcud idisə, indi artıq dünyada Azərbaycan multikulturalizmi modeli işləkdir. Onun kökündə azərbaycançılıq mədəniyyəti, intellekti və potensialı dayanır. Bu model dostlarımızı sevindirir, bədxahlarımızı isə qıcıqlandırır.Açıq dərs qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.