ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ

Nizami rayonu 10 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Rəfiqə Talibovanın 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Şəhidlər ölməz,Vətən bölünməz” mövzusunda hazır tədbir keçirildi.Əvvəlcə tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Sonra çıxış edən məktəbin direktoru Leyla Məmmədova və başqaları bildiriblər ki, 1990-cı ilin 20 Yanvar hadisələri müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. 20 Yanvar günü həm də Milli Qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahlı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Şərəfli zirvəyə - şəhidliyə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar.Qeyd edilib ki, bu qanlı olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi. Onlar qanları bahasına müstəqilliyin şirinliyini dadan ilk insanlar oldular.Xüsusilə vurğulanıb ki, o ağır günlərdə məhz ümummilli lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusilə vurğulayıb. Yalnız ulu öndər Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və terror aktını qətiyyətlə pisləyib. Ulu Öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir.Tədbir məktəb kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib və 20 Yanvar hadisələrinə həsr olunmuş video mteriallar tədbir işrirakçılarina təqdim edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi