Heydər Əliyev və Müstəqi Azərbaycan Mövzusunda Konfrans Keçirilib və məktəbimizin 11 sinif şagirdi Abdullayeva Məhrubə inşa yazı müsabiqəsində II yer tutub
Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutduğunu xüsusi olaraq qeyd edib. Millət Vəkili Sona Əliyeva da çıxışı zamanı Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etdiyini vurğulayıb. Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olunub. Nizami rayonu üzrə isə məktəbimizin 11-ci sinif şagirdi Abdullayeva Məhrubə II yerə layiq görülüb.