MƏN TOLERANNTLIĞI NECƏ BAŞA DÜŞÜRƏM

Nizami rayonu 10 №li tam orta məktəbdə “Mən tolerantlığı necə başa düşürəm” adlı dəyirmi masa keçirilib.Tədbirdə çıxış edən məktəbin direktoru Leyla Məmmədova tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi-mədəni köklərinin mövcud olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.Azərbaycanda hökm sürən tolerantlıq mühitinə diqqəti çəkən tarix müəllimi Elnura Paşayeva qeyd edib ki, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür, Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir.Çıxış edən tarix müəllimi Yazgül Süleymanova deyib ki, Azərbaycanda tarixən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb.Tədbirdə vurğulanıb ki, dini dözümlülük Azərbaycan xalqının milli keyfiyyətidir.Müstəqil Azərbaycan dünya miqyasında tolerant ölkə kimi tanınır.Azərbaycan dini tolerantlıq nümunəsi göstərir.Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəkildə öz dinlərinə etiqad edirlər,və şagirdlər tolerantlıq,din və demokratiya haqqında məruzələrlə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi