“Novruz Bayramı” bizim milli adət-ənənəmiz.

Məktəbimizdə Novruz bayramı hər il təmtəraqlı şəkildə keçir. Bu ildə Akt zalında Talıbova Rəfiqə müəllimənin rəhbərliyi ilə “Novruz Bayramı” tədbir gecəsi keçirildi. Şagirdlərdən biri bahar qızı oldu. O, baharın rəmzi olan çiçəkləri saydı. Lalə, Nərgiz, Bənovşə, Yasəmən və s. Qızlar hər çiçəyin rənginə uyğun geyim geyinərək ona aid şeyir dedilər, rəqs etdilər, yallı getdilər. Sonra Keçəl və Kosa oyunu oldu. Onlar yumurta sındırdılar, ip dartdı oynadılar  və çox məzəli oyunlar oynadılar. Tədbirin sonunda direktorumuz Leyla Məmmədova şagirdləri və valideynləri təbrik etdi. Daha sonra söz Rəfiqə müəlliməyə verildi. O da Novruzun rəmzlərindən, çərşənbələrə nə səbəbə ad verilməsindən və Novruz adət-ənənələrindən danışdı, şagird və valideynləri məlumatlandırdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi