Xocalı faciəsi – soyqırım günü
26 fevral soyqırım günü dünya azərbaycanlıları o cümlədən məktəbimizin müəllim və şagirdləri matəm günü kimi qeyd etdilər. Məktəbimizin akt zalında matəm günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə Xocalı soyqırımı ilə əlaqədar video çarx izləndi. Sonra tədbirdə iştirak edən şagirdlər öz şeirlərini səsləndirdilər. Sonra isə məktəbimizin müəllim və şagird kollektivi foyeye toplaşdılar. Orada Xocalı soyqırımını əks etdirən şəkilləri nümayiş etdirdilər.