20 yanvar –xalqımızın əzmkarlıq salnaməsi

 

Məktəbimizdə 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı “ Qanlı Yanvar –xalqımızın milli əzmkarlıq salnaməsi” mövzusunda ümumrayon tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri,təhsil işçiləri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə 20 Yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva 20 Yanvarın Azərbaycan tarixinin qanlı səhifəsi olduğunu söyləyərək , bu tarixin təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsaret nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu diqqətə çatdırdı.

Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan xalqının müstəqillik  uğrunda mübarizə əzmini qıra bilmədiyini vurğuladı. Azərbaycan xalqının azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini əziz tutduğunu, onların igidliyini qiymətləndirdiyini soylədi.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi