"Qızıl payız" adlı tədbir keçirilib

Noyabrın 27-də Bakı şəhəri Nizami rayonu 10 № li tam orta məktəbin 2-d sinfində "Qızıl payız" adlı bayram tədbiri keçirildi. ."Qızıl payıza" həsr edilmiş bu bayramda sinif rəhbəri İnna Məmmədovanın əməyini xüsusi qeyd etmək lazımdır Tədbirdə məktəbin direktoru ,müəllim kollektivi və şagirdlərin valideyinləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla Məmmədova qonaqları salamlayaraq uşaqları və valideynləri bayram münasibətilə təbrik etdi. Bildirildi ki, belə tədbirlərin keçirilməsi fidan balaları sevindirməklə bərabər, həm də onlarda bir çox müsbət keyfiyyətlərin yaranmasını və inkişafını sürətləndirir. O, məktəbdə belə tədbirlərin mütəmadi olaraq keçirildiyini və bunun üçün hər bir şəraitin olduğunu qeyd etdi.Sonra şagirdlərin ifasında payıza aid şeirlər,mahnılar,rəqslər və səhnəciklər təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi