NİZAMİ RAYON MƏKTƏBLİLƏRİ "ÖLKƏMİZİ TANIYAQ"TUR-AKSİYA ÇƏRÇİVƏSİNDƏ NAXÇIVANDA SƏFƏRDƏ OLDULAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nizami rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilmişdir. Yola salma mərasimində çıxış edən Nizami rayon İcra Hakimiyyətinin Başçısının müavini Gülnaz xanım şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Mart ayının 23 dən başlayan tur-aksiya 26 martda yekunlaşıb.Bizim məktəbdən də bu tur-aksiyada 11”b” sinif şagirdi Məmmədov Əhməd iştirak etdi.Tur-aksiya çərçivəsində məktəblilər qədim Naxçıvanın bir sıra tarixi abidələrində,muzeylərdə,Əlicə qalasında,Naxçıvan Dövlət Universitetində,orta məktəblərə səfər ediblər. “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Naxçıvanda olan məktəbimizin şagirdi bu səfərdən zəngin təəssüratlarla ayrıldıqlarını vurğulayıb.