ŞAGİRDLƏR MİLLİ AZƏRBAYCAN TARİX MUZEYİNDƏ OLDULAR
Bildiyimiz kimi 2016/2017–ci tədris ilinin fevral ayı“Mədəniyyət və incəsənət,Azərbaycan tarixi və etnoqrafiyası”aylığı müəyyənləşdirilmişdir.Bu aylığın keçirilməsi üçün məktəbin tarix müəllimi Elnura Paşayevanın iştirakı ilə 9 “b”sinif şagirdləri Milli Azərbaycan Tarix Muzeyində olmuşdular.Və muzeydə“Azərbaycan etnoqrafiyası“mövsusunda açıq dərs tipli ekskursiya keçirildi.Ekskursiyanın məqsədi şagirdlərə xalqımızın mədəni tarixini və irsini daha da dərindən öyrənmək, mədəniyyətimizi təbliğ etmək, gənc nəsildə incə estetik zövq formalaşdırmaq, onları maarifləndimək idi.Azərbaycanın milli mədəniyyətini , milli geyimlərini, musiqi alətlərini ,qədim dövrdə yaşayan insanların istifadə elədiyi məişət əşyalarını,bəzək nümunələrini əks etdirən etnoqrafiya şöbəsində müəllim şagirdlərə bu canlı eksponatlar üzərində geniş məlumat verdi və şagirdləri maraqlandıran sullari cavablandırdı. Numizmatika və epiqrafika şöbəsində istifadə olunan pullar şagirdlərin geniş marağına səbəb oldu.Şagirdlər bu eksponatlari maraqla izlədilər.Sonra tarix müəllimi zərgərlik sənəti haqqında danışdı və bəzək əşyalarının lap qədim dövrlərdən-hətta tunc dövründə belə bəzək əşyalarından istifadə edildiyini bildirdi.Həm açıq dərs, həm də ekskursiya tipli aparılmış açıq dərs şagirdlərin marağına səbəb oldu.