Fizika fənnindən "Açıq dərs" keçirildi

Bu gün 7 "a" sinfində fizika fənnindən"Açıq dərs" keçirildi. Dərsi fizika müəllimi Ələddin Abbasov keçirdi. İlk öncə Ələddin müəllim köhnə dərsin mövzusu olan "Atmosfer təzyiqi və atmosfer təzyiqini ölçən cihazlar" mövzusuna aid suallar səsləndirdi və şagirlər suallara cavab verdi. Sual-cavablardan sonra yeni dərsin izah etməyə başladi. Yeni dərsin mövzusu "Arximed qüvvəsi" oldu. Yeni dərsin girişində Ələddin müəllim müxtəlif cisimləri suya saldıqda 3 (üç) mümkün halın olduğunu qeyd etdi. Mövzunu izah etməkdən ötru müəllim videoçarxlardan, cihazlardan və bir sıra əlavə vəsaitlərdən istifadə edərək yeni dərsi şagirdlərə izah etdi. Gəmilərin hərəkəti, sualtı qayıqların hərəkəti, hava şarlarının hərəkətinə aid videolar göstərdi və yeni dərsin mövzusuna aid məsələlər həll olundu. İzahdan sonra şagirdlər cismə təsir edən itələyici qüvvənin hesablamasına aid, mayedə düşən və mayenin səthinə təcillə qalxan cismlərin hərəkətinə aid məsələlər həll etdilər. Sonra dərsi izləyən müəllimlər dərsə munasibət bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi