AÇIQ DƏRS KEÇİRİLDİ

Bu gün 3"a" sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi.Dərsi ibtidai sinif müəllimi Sevil müəllimə təşkil etmişdi.Açıq dərsi izləmək üçün məktəbin direktoru Leylaxanim Məmmədova,təlim-tərbiyə işləri üzrə direktor müavini Rəhimli Fəxrəddin,İbtidai sinif müəllimləri,fənn müəllimləri və valideyinlər dəvət olunmuşdu.Dərsin mövzusu:"Feil-hərəkət bildirən sözlər" oldu.Dərsin iş forması kollektiv və qruplarla iş formasında təşkil olunmuşdu.Şagirdlər 4 (dörd) qrupa bölünərək suallara ayrı-ayrı qruplar şəkilində cavab verirdilər. Açıq dərsdə dərslik iş dəftəri,işçi vərəqləri,kompüter,proyektor , perfokartlardan və bir sıra resurslardan istifadə olundu.Qruplar üzrə verilən suallarin cavablandırılması başa çatdıqdan sonra verilən doğru cavabların sayına uyğun qiymətləndirilmə oldu.Sonda dərsi izləyən müəllimllər dərsə münasibət bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi